
“Gəncə” ABŞ-dan olan voleybolçunu transfer edib
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini gücləndirib.
Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dan olan İzabell Morqanla bir mövsümlük müqavilə imzalanıb.
Voleybolçu ötən mövsümü İsveçin “Qislaveds” klubunda keçirib.
25 yaşlı oyunçu daha əvvəl ABŞ-ın “Villanova University”, “Texas A M Corpus Christi University” və Puerto-Rikonun “Valencianas de Juncos” klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


