
“Gəncə” ABŞ-dan olan oyunçu ilə müqavilə imzalayıb
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətinə yeni oyunçu cəlb edib.
Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
ABŞ-dan olan libero Alisa Kim ilə bir mövsümlük müqavilə imzalanıb.
Voleybolçu ötən mövsümü Rumniyanın “Rapid Buxarest” komandasında keçirib və ölkə kubokunda bürünc medala sahib olub. Libero karyerası ərzində Sloveniyanın “GEN-I” və ABŞ-ın “Gonzaga University” komandalarında forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



