“Gəlin, “Qarabağ”ı Helsinkidə qaçmağa məcbur edək” – HJK-nin qapıçısı
Finlandiyanın HJK klubunun qapıçısı Yesse Öst “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu barədə danışıb.
Komanda.az xəbər verir ki, 33 yaşlı qapıçı qələbəni əldən verdiklərini düşünür:
“Bakıda məğlub olmaq kədərlidir. Qələbəyə yaxın olsaq da, mübarizəmiz bu dəfə kifayət etmədi. Bununla belə, cavab matçında yaxşı şansımız olacaq. Məsələni evdə həll edə bilərik. Daha cəsarətli futbol sərgiləməliyik. Ayağımızda top saxladığımız zaman imkanlar yaradırıq. Gəlin, Azərbaycan komandasını Helsinkidə qaçmağa məcbur edək”.
Avqustun 17-də Helsinki Olimpiya Stadionunda keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin