
“Mançester Yunayted” yeni komanda kimi görünəcək, mən isə bunu kənardan izləyəcəm”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen “qırmızı şeytanlar”ın gələn mövsüm daha uğurlu çıxış edəcəyinə inanır.
Komanda.az xəbər verir ki, danimarkalı futbolçu bu barədə “TNT Sports” kanalına açıqlamasında bildirib:
“Geridə qalan mövsümdə bir çox zəif oyunlarımız oldu, Avropa Liqasının finalını da uduzduq. Amma bu, futboldur. Gələn mövsüm hər şey daha yaxşı olacaq. Buna əminəm. “Mançester Yunayted” tamamilə yeni komanda kimi görünəcək, mən isə artıq bu dəyişiklikləri kənardan izləyəcəm”.
Eriksen “qırmızı şeytanlar”la yollarını ayırır. Onun klubla müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq.
“Mançester Yunayted” portuqaliyalı baş məşqçi Ruben Amorimin rəhbərliyi altında Premyer Liqanın son mövsümünü turnir cədvəlinin 15-ci pilləsində başa vurub.
Bizi Facebook-da izləyin