“Ən yaxşı formada olmamağımız normaldır” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 23-cü turunun “Atletiko” ilə oyunundan sonra (1:1) açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, rəqibin vurduğu qolun xüsusi bacarıq hesabına ərsəyə gəldiyini deyib:

“Futbolda nəzərə almalı olduğumuz bir neçə məqamlar var. Onlardan biri də rəqib komandanın xüsusi bacarıq hesabına qol vurmasıdır. Eyni ssenari bizim də başımıza gəldi. “Atletiko”nun qolu komandamızın əhval-ruhiyyəsini aşağı saldı. Ən yaxşı formada olmamağımız normaldır”.

“Real” hazırda İspaniya çempionatının turnir cədvəlində 52 xalla ikinci, “Atletiko” isə 42 xalla dördüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button