
Ançelottidən zədəli futbolçularla bağlı açıqlama
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli oyunçuları Eduardo Kamavinqa və Vinisius Juniorun 2024-cü ilin əvvəlində qayıdacağını açıqlayıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis futbolçuların gələn il üçün hazır olacaqlarını bildirib:
“Düşünürəm ki, gələn ilə qədər gözləməliyik. Lakin çempionatdakı fasilədən qayıdanda hər ikisi məşq etməyə hazır olacaq”.
Vinisius noyabrın 16-da Kolumbiya – Braziliya matçında (2:1) sol budundan, Kamavinqa isə Fransa millisi ilə məşq zamanı sağ dizinin bağından zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin