ÇL: “Bizim itirəcəyimiz başqa heç nə yoxdur”
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə ilk yarımfinal oyununda məğlubiyyətdən (0:1) sonra təəssüratlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cavab oyununda qələbə qazanmalı olduqlarını söyləyib:
“Bizim itirəcəyimiz başqa heç nə yoxdur – cavab oyununda qalib gəlib finala vəsiqə qazanmağa çalışacağıq. Düşünürəm ki, gələn həftə oyun bugünkündən daha yaxşı olacaq. Cavab oyununda tamaşaçı dəstəyi onsuz da bizim tərəfimizdə olacaq, lakin istənilən halda, daha effektli olmalıyıq”.
Mayın 7-də komandalar arasında Parisdə cavab matçı baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin