“Düşünmürəm ki, “Barselona”da mənə pis münasibət göstərilib”

“Barselona”dan icarəyə götürülmüş “Elçe”nin qapıçısı İnyaki Penya komandaların oyunundan əvvəl açıqlama verib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Düşünmürəm ki, ötən mövsüm “Barselona”da mənə pis münasibət göstərilib. İcarəyə verilməzdən əvvəl müqaviləmin uzadılması lazım olduğunu bilirdim, çünki klub məni itirmək istəmirdi. Gələcəkdə geri qayıtmaq istərdim”.

26 yaşlı futbolçunun icarə müddəti bu mövsümün sonuna qədərdir. O, “Elçe”nin heyətində 5 oyun keçirib və 5 qol buraxıb.

“Barselona”nın “Elçe” ilə oyunu İspaniya çempionatının 11-ci turu çərçivəsində, noyabrın 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button