
“Gələcək? Yüz faiz qalıram” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi klubdakı gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Milan klubunda qalacağını deyib:
“Gələcək? Yüz faiz qalıram. Heç vaxt klubdakı gələcəyimlə bağlı təhlükə hiss etməmişəm, müqaviləm var”.
İnzaqi 2021-ci ildən “İnter”in baş məşqçisidir. 47 yaşlı mütəxəssisin klubla hazırkı müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq. “İnter” İnzaqinin rəhbərliyi altında İtaliya kubokunu və superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin