Gədəbəydə cüdo zalı istifadəyə verildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə Gədəbəy İdman Klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb.

ACF-dən Komanda.az-a verilən məlumata görə, Gədəbəy rayon mərkəzi parkın yaxınlığında yerləşən zalda yeniyetmələrin və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.

Yeni müasir avadanlıqlarla təchiz edilən cüdo zalının ümumi sahəsi 170 m2 təşkil edir və burada idmançılar üçün bütün zəruri şərait təmin edilib. Məşq zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button