“Messi meydanda da yaxşıdır, meydandan kənarda da” – Bekhem

“İnter Mayami”nin sahibi Devid Bekhem Lionel Messinin Amerika futboluna təsirindən danışıb.

Komanda.az “First We Feast”-ə istinadən xəbər verir ki, klub sahibi gənc nəsilləri ruhlandırmaq istədiyini bildirib:

“Messinin gəlişi o mənada bir hədiyyədir ki, mən bu ölkədə futbol oynayan gənc nəsilləri ruhlandırmaq istəyirəm. Nə vaxtsa ABŞ dünya kubokunu qazanacaq. Və ölkənin Leo səviyyəsində birinin ziyarətə gəldiyi zaman belə anlara ehtiyacı var. Messi meydanda da yaxşıdır, meydandan kənarda da. O, mükəmməl peşəkardır. Gənc uşaqlar ona baxıb ilham alırlar”.

Lionel Messinin “İnter Mayami” ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button