Gənc futbolçu faciəvi şəkildə həlak oldu
Fransanın “Genqam” klubunun futbolçusu Natael Julan faciəvi şəkildə həlak olub.
Komanda.az xəbər verir ki, 23 yaşlı oyunçu avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Bu hadisə ilə əlaqədar olaraq “Genqam”ın “Konkarno”ya qarşı keçirəcəyi yoxlama matçı da təxirə salınıb.
Liqa 2 təmsilçisinin fransalı hücumçusu 2018-ci ildən bu komandada çıxış edirdi. “Havr” klubunun yetirməsi olan Julan, ötən mövsüm “Valensyen”də də icarədə oynayıb.
Bütövlükdə, karyerası ərzində 68 rəsmi oyuna çıxan forvard bu matçlarda 11 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin