
“Gəncə”dən çətin qələbə
Bu gün Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 27-ci turunun növbəti oyunu baş tutub.
Komanda.az xəbər verir ki, “Gəncə” doğma divarlar arasında çempionatın liderlərindən sayılan NTD basketbolçularını qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunun yekununda “Gəncə” rəqibi üzərində 95:92 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular “Gəncə”dən Cared Smol (38 xal, 4 ribaund), NTD-dən Londel Kinq olublar – 18 xal, 6 ribaund.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin