“Gəncə”də serbiyalı voleybolçu – Rəsmi

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu Azərbaycan Yüksək Liqasına hazırlığı davam etdirir.

Bölgə klubundan Komanda.az-a verilən məlumata görə, ölkə çempionatında debüt edəcək komanda heyətini yeni oyunçu ilə gücləndirib.

Gəncə təmsilçisi serbiyalı voleybolçu Tiana Yovanoviçlə anlaşıb. Onunla müqavilə bir il müddətinə nəzərdə tutulub.

Ötən mövsümü ölkəsində “GZOK Serm” komandasında keçirən voleybolçu daha əvvəl “Jelezniçar”, “Valyeva”, Belqrad”, “İnciya” və “ZOK Novi-Sad” klublarının da şərəfini qoruyub.

“Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, rusiyalı Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşıb. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button