“Gəncə”də daha bir rusiyalı voleybolçu

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətinə yeni oyunçu cəlb edib.

Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi rusiyalı libero Vitalina Andreyanenkova ilə birillik müqavilə imzalayıb.

Voleybolçu ötən mövsümü Rusiyanın “Tulitsa” komandasında keçirib.

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova və Anna Dmitrievanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button