“Gələn mövsüm “Yuventus”da olmasam belə…”
“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo İtaliya klubu ilə müqaviləsini yeniləməyəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda məqsədinin komandası ilə Çempionlar Liqasına çıxmaq olduğunu deyib:
“Çempionlar Liqasına düşsək, vəziyyəti dəyərləndirib danışacağıq. Gələn mövsüm burada olmasam belə, “Yuventus”un yenidən bu turnirdə oynamasını istəyirəm”.
“Yuventus” rəhbərliyi ilə fransalı futbolçunun agenti və anası olan Veronika Rabyo arasında yeni müqavilə ilə bağlı danışıqlarda razılıq əldə olunmayıb. Tərəflər yarımmüdafiəçinin maaşı ilə bağlı razılığa gələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin