Gələcəyi ilə bağlı qərar verməyə tələsmir
Futbolçu karyerasını bitirən Zlatan İbrahimoviç gələcək həyatı ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futboldan tamamilə ayrılacağını düşünmür:
“Hazırda yalnız həyatdan zövq almaq istəyirəm. Qərar verməkdə tələsmək istəmirəm. Edəcəyim hər şeyi düşünməliyəm. İndi çox emosionalam. Hər şey tam sakitləşənə qədər gözləyəcəm. Futboldan tamamilə ayrılacağımı düşünmürəm”.
41 yaşlı isveçli İtaliya çempionatının 38-ci turunun “Milan” – “Verona” (3:1) oyunundan sonra azarkeşlərlə vidalaşıb.
İbrahimoviç İtaliya A Seriyasının cari mövsümündə dörd matçda iştirak edib və bir qol vurub.
O, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin