“Gələcəkdə bu il etdiyimiz səhvləri təkrarlamamalıyıq”
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 36-cı turunun “Səbail”lə oyunundan sonra (0:1) danışıb.
Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Ağır şərtlər altında sona qədər rəqabəti saxlamışdıq. Layiqli mübarizə apardıq. Futbolçularıma və azarkeşlərə təşəkkür edirik. Mövsümün əvvəlindən futbol mütəxəssisləri bizi autsayder kimi görürdü. Birlik göstərdik və sübut etdik ki, futbol oynaya bilirik. Təəssüflər olsun ki, Premyer Liqanı tərk etdik. “Səbail”i təbrik edirəm!
Ən əsas gənc futbolçularla işləmək nəsib oldu. Uzun yol qət etdik. Məşqçi kimi bu, bizim işimiz idi. Gələcəkdə bu il etdiyimiz səhvləri təkrarlamamalıyıq.
Hamı istəyər ki, elitada 12 komanda olsun. Son illər çempionatın belə maraqlı keçməsini görməmişdim. “Şamaxı” çətin yol seçmişdi. Klub olaraq düşündük ki, səhv yol seçməmişik. Futbolçularımız iddialı klublardan təkliflər alıblar”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin