
Messi, Neymar, Mbappe – baş məşqçi onlardan danışdı
PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa klubunun hücumçuları Lionel Messi, Kilian Mbappe və Neymar barədə danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis hücumçular arasında səmimi ünsiyyətin olduğunu deyib:
“Mbappe, Neymar və Messi arasında səmimi münasibət var. Onlar daim bir-biri ilə qarşılıqlı əlaqədə olurlar. Hər üçünün fərqli xüsusiyyətləri var”.
PSJ Fransa çempionatında keçirdiyi 15 oyunda 41 xal toplayıb və turnir cədvəlində liderdir. Parislilər Çempionlar Liqasının 1/8 finalında “Bayern”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin