Fərid Qayıbov boksçularla görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov boksçuları qəbul edib.
Gənclər və İdman Nazirliyindən Komanda.az-a verilən məlumata görə, Qayıbov martın 30-da Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarla görüş keçirib.
Xatırladaq ki, Azərbaycan komandası Avropa çempionatında oğlanlar arasında ümumi hesabda 1 qızıl, 1 gümüş, 2 bürünc medalla 39 ölkə arasında 4-cü yeri tutub. Nicat Hüseynov (51 kq) Avropa çempionu olub. Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) isə bürünc medal qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin