Fərid Qayıbov Avropa Şahmat İttifaqının prezidenti ilə görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov dekabrın 24-də Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvilini qəbul edib.
Komanda.az xəbər verir ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov da iştirak ediblər.
Qonaqları salamlayan nazir şahmat üzrə Vüqar Həşimov memorialının uğurlu təşkili münasibətilə təşkilatçıları təbrik edib.
Vüqar Həşimov Memorialı ilə əlaqədar ölkəmizdə səfərdə olan Avropa Şahmat İttifaqının prezidenti səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycanda şahmatın böyük ənənələri olduğunu qeyd edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin