Fərid Nəbiyevli “Viktoriya”dan çətin qələbə
Futbol üzrə Çexiya 2-ci divizionunda 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Blansko” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb, 90-da isə əvəzlənib. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.
5 turdan sonra 12 xala malik “Viktoriya” 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin