Fəriddən yeni mövsümdə ilk qol, “Viktoriya”dan ardıcıl 3-cü qələbə
Futbol üzrə Çexiya 2-ci divizionunda 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda səfərdə “Prosteyov” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Fərid də bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb. Komandasının ikinci qolunu da 90+1-ci dəqiqə Fərid vurub.
Üç turdan sonra maksimum nəticə göstərən “Viktoriya” 9 xalla zirvədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin