Fərid Nəbiyevli “Viktoriya” doğma meydanda uduzdu
Futbol üzrə Çexiya 2-ci divizionunda 6-cı turdan təxirə salınmış bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Trineç”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.
7 turdan sonra 12 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin