Fərid Nəbiyev qol vurdu, “Viktoriya” qələbə qazandı

Futbol üzrə Çexiya 2-ci divizionunda 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Trineç”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 2-ci dəqiqədə Nəbiyev vurub. Bununla da o, çempionatın cari mövsümündə ikinci qoluna imza atıb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” hazırda 41 xalla 16 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button