Aleks de Souza məşqçiliyə başlayır

Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Aleks de Souza məşqçiliyə başlayır.

Komanda.az xəbər verir ki, 43 yaşlı keçmiş yarımmüdafiəçi “San Paulo” klubunun U-20 komandasında baş məşqçilik edə bilər. Bu barədə Braziliyanın “Globo” nəşri məlumat yayıb. Xəbərdə, “San Paulo”nun Aleksə 2 illik rəsmi təklif göndərdiyi bildirilib. Aleksin apreldən yeni işinə başlayacağı gözlənilir.

2004-2012-ci illər aralığında “Fənərbaxça”da çıxış edən Aleks, Braziliya yığmasında 67 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button