“Fənərbaxça”nın sabiq baş məşqçisi “Əl-Hilal”ı çalışdıracaq
“Fənərbaxça”nın keçmiş baş məşqçisi Jorje Jesus Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın yeni baş məşqçisi təyin olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə imzalanan sözləşmənin şərtləri haqda ictimaiyyətə məlumat verilməyib.
Jesusun sonuncu iş yeri İstanbul təmsilçisi olub (2021-2023). 2023/24 mövsümündə Ruben Neves və Xalidu Kulibali də Səudiyyə Ərəbistanının adıçəkilən klubunda çıxış edəcək.
Jesus 2018/19 mövsümündə “Əl-Hilal”ın “sükanı arxasında” olub və ölkə superkubonu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin