
“Fənərbaxça”nın hədəfi – Kral
“Fənərbaxça” klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirə bilər.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərdlilər” Moskva “Spartak”ından Aleks Kralı transfer etməyi planlaşdırırlar. “Bülbüllər”in “Spartak”la danışıqlar apardığı deyilir.
24 yaşlı oyunçu ötən mövsümü icarə əsasında İngiltərə “Vest Hem”ində keçirib. O, Premyer Liqada 1 oyuna çıxıb.
Kral Çexiya millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin