“Fənərbaxça”nın futbolçusu azərbaycanlı idmançı ilə oxşarlığından danışdı FOTO
“Fənərbaxça”nın yeni transferi Vedat Muriqi, azərbaycanlı atlet Ramil Quliyevlə bağlı maraqlı açıqlama verib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı kosovolu futbolçu, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramillə oxşarlığı haqqında danışıb:
“Sosial şəbəkələrdə azarkeşlərin paylaşımlarını gördüm. Haqlıdırlar, mən də bənzədiyimizi düşünürəm. Belə böyük bir klubda bu müqəddəs formanı daşımağımız və “Fənərbaxça”nın uğurları üçün tər tökməyimiz ən böyük ortaq nöqtəmizdir. Ramilə işlərində uğurlar arzu edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin