“Fənərbaxça”nın futbolçusu Bundesliqa klubunda
“Fənərbaxça”nın futbolçusu Ömər Faruk Beyaz karyerasını Almaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Ştutqart” klubu ilə razılaşıb. Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ömərlə imzalanan müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Ömər mövsümün sonunda “Ştutqart”a qoşulacaq. O, Bundesliqa klubuna azad agent kimi keçib.
“Fənərbaxça”nın yetirməsi olan yarımmüdafiəçi, 21 yaşadək futbolçulardan ibarət Türkiyə milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin