“Fənərbaxça”nın futbolçusu Belçika klubuyla razılaşdı

“Fənərbaxça”nın futbolçusu Nabil Dirar yayda Türkiyə klubundan ayrılacaq.

Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Belçikanın “Brügge” klubu ilə razılıq əldə edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Dirar, “Fənərbaxça”dan transfer hüquqlarını alıb, “Brügge”yə keçmək istəyir. Belçika təmsilçisi də mərakeşli futbolçunu pulsuz heyətinə qatmaq istəyir.

“Fənərbaxça” ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan Dirar, 2008-2012-ci illərdə “Brügge”də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button