“Fənərbaxça”nın futbolçusu “Kopenhagen”də
Bu yay 18 futbolçu transfer edən Türkiyənin “Fənərbaxça” klubu müdafiəçisi Matias Yorgenseni (“Zanka” kimi tanınır – red.) icarəyə göndərib.
Komanda.az İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı danimarkalı futbolçu ölkəsinin “Kopenhagen” klubuna icarəyə verilib.
Qeyd edək ki, “Kopenhagen” Zanka üçün doğma klubdur. Məsələ burasındadır ki, eyniadlı şəhərdə dünyaya göz açan futbolçu peşəkar karyerasına məhz bu klubda başlayıb. Sonralar PSV və “Haddersfild”də də oynayan Matias, 2019-cu ildən “Fənərbaxça”dadır. O, bu ilin əvvəlində Almaniyanın “Fortuna” klubuna da icarəyə verilmişdi. Danimarkalı futbolçu bu mövsüm “Fənərbaxça”da iki oyuna çıxıb.
Zanka köhnə-yeni komandasında yenə əvvəlki – “25” nömrəli formasını geyinəcək.
Bizi Facebook-da izləyin