
“Fənərbaxça” “Əl-Nəsr”in hücumçusu ilə maraqlanır
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Con Duran Avropaya qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı forvardın transferində “Fənərbaxça” maraqlıdır.
Türkiyə klubu Duranı 7 milyon avro qarşılığında icarəyə götürməyə və komandada olduğu müddətdə onun maaşını ödəməyə hazırdır.
Con Duran qış transfer pəncərəsində “Aston Villa”dan “Əl-Nəsr”ə keçmişdi. Bu transferin məbləği 77 milyon avro təşkil edib.
Kolumbiyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatında 13 oyunda iştirak edib və 8 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



