
“Fənərbaxça”nı Ərəbistan klubuna dəyişdi
Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Marsel Tisserand Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tisserandın yeni klubu isə onunla 3 illik müqavilə imzalandığını açıqlayıb.
Konqo Demokratik Respublikasından olan 29 yaşlı müdafiəçi 2020-ci ilin sentyabrında Almaniya “Volfsburq”undan “Fənərbaxça”ya keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin