“Beşiktaş”dan darmadağın
Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə beş görüş baş tutub.
“Yeni Malatyaspor” doğma meydanda “Keçiörengücü”nü, “Alanyaspor” “Adanaspor”u, “Fənərbaxça” isə “İstanbulspor”u məğlub edib. “Göztəpə” və “Sivasspor” isə səfərdə müvafiq olaraq “Karagümrük” və “Erokspor”dan üstün olub.
İkinci oyun günündə daha altı qarşılaşma baş tutub. “Başakşəhər” səfərdə “Trabzon”a, “Antalyaspor” “Eyüpspor”a, “Trabzonspor” isə “Altay”a qalib gəlib. “Kasımpaşa” “Vanspor”u, “Ərzurumspor” isə “Bursaspor”u məğlub yola salıb. Günün ən sensasion nəticəsi İstanbulda qeydə alınıb. “Qalatasaray” doğma meydanda “Tuzlaspor”a 2 cavabsız qolla uduzub.
Son gündə daha beş oyun keçirilib. “Qaziantep” səfərdə “Kırklarelispor”a uduzub. “Kayserispor” “Manisaspor”u, “Rizəspor” “Samsunspor”u məğlub yola salıb. Səkkiz qolun qeydə alındığı “Altınordu” – “Dənizlispor” matçında qonaqlar qələbə qazanıblar. “Beşiktaş” isə “Ərzincanspor”u darmadağın edib.
Cavab görüşləri dekabrın 17, 18 və 19-da baş tutacaq.
Türkiyə kuboku, 5-ci mərhələ
3 dekabr
Karagümrük – Göztəpə 1:2
Yeni Malatyaspor – Keçiörengücü 3:1
Alanyaspor – Adanaspor 5:1
Erokspor – Sivasspor 0:2
Fənərbaxça – İstanbulspor 4:0
4 dekabr
Trabzon – Başakşəhər 0:1
Eyüpspor – Antalyaspor 0:3
Kasımpaşa – Vanspor 2:1
Ərzurumspor – Bursaspor 4:2
Altay – Trabzonspor 1:2
Qalatasaray – Tuzlaspor 0:2
5 dekabr
Kırklarelispor – Qaziantep 2:1
Kayserispor – Manisaspor 3:2
Altınordu – Dənizlispor 3:5
Rizəspor – Samsunspor 3:2
Beşiktaş – Ərzincanspor 3:0
Bizi Facebook-da izləyin