“Fənərbaxça”dan Belçika klubuna
Türkiyənin “Fənərbaxça” klubu hücumçusu Mbvana Samattanı icarəyə göndərib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi 29 yaşlı futbolçunu Belçikanın “Genk” klubuna icarəyə verib. Bu barədə “Fənərbaxça”nın rəsmi saytı məlumat yayıb.
Tanzaniyadan olan futbolçu 2022/23 mövsümünün sonuna kimi “Genk”də forma geyinəcək. Müqavilədə satınalma şərti də var.
Samatta 2020-ci ilin sentyabrından “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisində 33 oyuna çıxıb, 6 qol vurub. Türkiyə klubu hücumçunu ötən mövsüm Belçika “Antverpen”inə də icarəyə vermişdi. Onun “sarı-lacıvərdlilər”lə 2024-cü ilin yayına qədər müqaviləsi var.
Samatta 2016-2020-ci illər aralığında “Genk”də çıxış edib. Tanzaniyalı futbolçu məhz bu klubdakı uğurlu çıxışı sayəsində 2020-ci ildə 10 milyon avro qarşılığında “Aston Villa”ya üz tutmuşdu. O, karyerası ərzində “Simba” və “Mazembe”də də forma geyinib.
Bizi Facebook-da izləyin