“Fənərbaxça”dan ayrıldı, “Brügge” ilə müqavilə imzaladı

“Fənərbaxça” yarımmüdafiəçisi Nabil Dirarla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 34 yaşlı mərakeşli futbolçu sabiq klubuna – Belçika “Brügge”sinə dönüb.

Türkiyə klubu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən Dirar, “Brügge”yə azad agent statusunda keçib. Mərakeşli futbolçu daha öncə də dörd mövsüm Belçika klubunun uğurları üçün çalışıb.

Xatırladaq ki, Nabil 2017-ci ildən “Fənərbaxça”da çıxış edirdi. O, bu komandanın heyətində 89 rəsmi matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button