“Fənərbaxça”da yeni müqavilə
“Fənərbaxça” portuqaliyalı yarımmüdafiəçisi Migel Kresponun müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi bu klubda qalacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki sözləşmə bu mövsümün sonuna kimi idi.
Krespo 2021-ci ildən formasını geyindiyi “Fənərbaxça”da 67 oyuna 5 qol vurub, 6 assist edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin