“Fənərbaxça”da koronavirusa yeni yoluxma
“Fənərbaxça”da koronavirusa yeni yoluxma faktı aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə klub kollektivinin növbəti dəfə COVİD-19 testindən keçdiyi bildirilib. Nəticədə klub işçilərindən birində koronavirus aşkarlanıb. Adı açıqlanmayan həmin şəxs dərhal karantinə alınıb. Komandanın məşq bazası isə dezinfeksiya olunub.
Yeri gəlmişkən, “Fənərbaxça” zədəliləri ilə bağlı son vəziyyəti də açıqlayıb. Klubdan verilən məlumata görə, xeyli müddətdir yaşıl meydanlardan kənarda qalan Kemal Ademi artıq sağalıb və sıraya dönüb. Əvəzində Tolqa Cigerci yenidən zədələnib. O da uzun müddət idi zədədən əziyyət çəkirdi və iki həftə öncə sıraya dönmüşdü. 28 yaşlı futbolçunun təxminən bir ay komandasına kömək edə bilməyəcəyi bildirilir.
Digər zədəlilərə gəlincə, Perotti, Samatta və Valensiya idman zalında hazırlıq keçir. Lemosun isə müalicəsi davam edir.
Bizi Facebook-da izləyin