
“Fənərbaxça”da 3 həftəlik itki
Türkiyənin “Fənərbaxça” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Viktor Mozes zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Nigeriyalı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Mozes “Fənərbaxça”nın “Alanyaspor” və “Trabzonspor”la qarşılaşacağı oyunlarda iştirak etməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin