“Fənərbaxça”da iki ciddi itki
Türkiyənin “Fənərbaxça” klubunun iki futbolçusu zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin heyətində Cengiz Ünder və Ceyden Ostervolde zədələnərək sıradan çıxıb.
Məşq zamanı əzələsində problem yaranan Ünder 3-4 həftə, Super Liqanın 9-cu turunda “Samsunspor”la keçirilən matçda sol dizindən zədə alan Ceyden Ostervolde isə 7-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Fənərbaxça” UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda, oktyabrın 24-də evdə “Mançester Yunyated”lə (İngiltərə) qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin