“Fənərbaxça”da daha bir ciddi itki
Türkiyənin “Fənərbaxça” klubunda daha bir futbolçu zədələnib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Miha Zayç sıradan çıxıb.
O, 29-cu tur çərçivəsində baş tutan “Ankaragücü” ilə oyunda əzələsini zədələyib. Müayinələr nəticəsində onun sol ayaq əzələsində yırtıq və qanama aşkarlanıb.
Sloveniyalı futbolçunun azı 2 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir. O, bu mövsüm “Fənərbaxça”da 28 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Fənərbaxça”da ötən gün qapıçı Altay Bayındır də əməliyyat olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin