“Fənərbaxça” tezliklə Mourinyonun təyinatını açıqlaya bilər
Portuqaliyalı mütəxəssis Joze Mourinyo məşqçiliyə qayıdacaq.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Mourinyonun “Fənərbaxça”ya təyinatına az qalıb. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı qeyd olunur.
Mourinyonun son klubu bu ilin əvvəlində tərk etdiyi “Roma” olub.
Türkiyə Super Liqasında son mövsümdə “Qalatasaray” çempion olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin