“Fənərbaxça” polşalı futbolçu ilə gücləndi
“Fənərbaxça” Moskva “Dinamo”sunun futbolçusu Sebastian Şimanskini transfer edir.
Komanda.az İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Polşalı futbolçu ötən mövsümü icarə əsasında “Feyenoord”da keçirib.
Türkiyə mətbuatı bu transfer üçün “Fənərbaxça”nın 8-9 milyon avro təzminat ödəyəcəyini yazıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin