“Fənərbaxça” “Mançester Siti”nin futbolçusu ilə maraqlanır
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiçlə maraqlanır.
Komanda.az “Fotomac”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Kovaçiçin oyununa heyrandır və Türkiyə klubunun xorvatiyalı futbolçunun çıxış etdiyi mövqeni gücləndirməsinə ehtiyacı var.
Kovaçiç ötən mövsüm “Mançester Siti”nin heyətində 46 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
30 yaşlı futbolçu 2023-cü ilin yayından “şəhərlilər”in rənglərini qoruyur. O, əvvəllər “Çelsi”, “Real”, “İnter” və Zaqreb “Dinamo”sunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin