
“Fənərbaxça” hücumçusunu Belçikaya göndərdi
“Fənərbaxça” klubunun futbolçusu Mbvane Samatta karyerasını Belçikada davam etdirəcək.
Komanda.az xəbər verir ki, tanzaniyalı hücumçu “Antverpen”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Samatta 2022-ci ilin yayına qədər Belçika klubunda çıxış edəcək. “Antverpen” mövsümün sonunda 28 yaşlı hücumçunun transfer hüquqlarını ala bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin