
“Fənərbaxça”dan “Brügge”yə – rəsmi
“Fənərbaxça” klubu futbolçusu Nabil Dirarı icarəyə verib.
Komanda.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi mövsümün sonuna qədər “Brügge”də çıxış edəcək. Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dirar 2017-ci ildən “Fənərbaxça”da çıxış edirdi. Cinah oyunçusu Super Liqa klubunda 89 oyunda 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin