
“Fənərbaxça” Bonuççi ilə müqavilə imzaladı
“Fənərbaxça” yeni transferi Leonardo Bonuççi ilə müqavilə imzalayıb.
Komanda.az klunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisinin İstanbul klubu ilə sözləşməsi 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Bonuççi 2023-cü ilin yayından “Union Berlin”də çıxış edirdi. İtaliya millisinin üzvü Almaniya təmsilçisinin heyətində meydana çıxdığı 10 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin