“Fənərbaxça” bir transferi bitirdi, iki alman futbolçu ilə anlaşdı

Türkiyənin “Fənərbaxça” klubu uruqvaylı hücumçu Dieqo Rossinin transferini tamamlayıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı forvardı ABŞ-ın “Los Anceles Qalaksi” klubundan 1 illik icarəyə götürüb.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Müqavilədə satınalma şərti də yer alıb. Rossi yeni komandasında 9 nömrəli formanı geyinəcək.

“Penyarol”un yetirməsi olan Dieqo Rossi, 2018-ci ildən “Los Anceles Qalaksi”də çıxış edirdi. O, Uruqvayın U-23 yığmasının da formasını geyinir.

“Fənərbaxça” daha iki transferi bitirmək üzrədir. Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi Almaniyanın “Köln” klubunun yarımmüdafiəçisi Maks Meyer və Avstriya “Zalsburq”unun hücumçusu Mergim Berişanı heyətinə qatır. Artıq hər iki futbolçu İstanbula gəlib və tibbi müayinələrdən sonra rəsmi müqaviləyə imza atacaqlar.

“Köln” ilə müqaviləsinin müddəti bitən Meyer, yeni klubuna azad agent kimi keçəcək. Almaniyadan olan 25 yaşlı futbolçu daha öncə “Kristal Pelas” və “Şalke” klublarının da fromasını geyinib. O, Almaniya yığmasında da 4 oyun keçirib, 1 qol vurub.

Berişa isə peşəkar karyerasına “Liferinq”də başlayıb. O, 2017-ci ildən “Zalsburq”da olsa da, bu müddət ərzində LASK və “Maqdeburq” komandalarında icarədə də oynayıb. Almaniyanın U-21 yığmasında da oynamıış forvard, ötən mövsüm “Zalsburq”un heyətində meydana çıxdığı 42 matçda 23 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button