“Fənərbaxça” baş məşqçisini qovdu
Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Erol Bulut ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə mövsümün əvvəlindən bu komandanı çalışdıran mütəxəssislə yolların qarşılıqlı razılıq əsasında ayrıldığı diqqətə çatdırılıb.
Klubun yaydığı məlumatda o da qeyd olunub ki, “Fənərbaxça”nı mövsümün qalan hissəsində Emre Belözoğlu çalışdıracaq. Hansı ki, o, bu klubda idman direktoru kimi fəaliyyət göstərirdi.
Qeyd edək ki, “Fənərbaxça” bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 59 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin